» » » Sumqayıtda II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək

Sumqayıtda II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək

Sumqayıtda II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək
Sumqayıtda noyabrın 1-də Milli Paralimpiya Komitəsi, “Azercell Telekom” MMC və “UNİCEF”in Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə respublikada II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək.

Bu barədə ucarliyiq.biza Azərbaycan Milli Paralimpiya Komitəsinin İnkişaf, informasiya və tədris şöbəsinin müdiri, Uşaq paralimpiya komitəsinin icraçı direktoru Kamal Məmmədov məlumat verib.

Oyunlarda respublikanın müxtəlif reqionlarından olan uşaq paralimpiyaçıları 5 idman növündə (cüdo, üzgüçülük, masaüstü tennis, qolbol və boccia) öz güclərini sınayacaqlar. Ümumiyyətlə, bu yarışlara 60-dan çox sağlamlıq imkanları məhdud uşaqlar qatılacaq.

Qeyd edək ki, beynəlxalq təcrübədə ilk dəfə olaraq, Milli Paralimpiya Komitəsi sağlamlıq imkanları məhdud uşaqların kütləvi şəkildə idmana cəlb olunmalarını öz himayəsinə götürərək, 2013-cü ilin sentyabr ayında Komitənin nəznində Uşaq Paralimpiya Komitəsi yaradıb. Bu komitənin yaradılmasında əsas məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir.