» » » Qurban Qurbanov: "Vacib qələbə qazandıq"

Qurban Qurbanov: "Vacib qələbə qazandıq"

Qurban Qurbanov: "Vacib qələbə qazandıq"
"Vacib qələbə qazandıq. Asan oyun olmadı".

ucarliyiq.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasında "Sumqayıt"la oyundan sonra keçirdiyi brifinqdə deyib.

O, bildirib ki, hər oyunda komandaya qarşı fərqli üslublardan istifadə edirlər: "Fikrimcə, maraqlı oyun oldu. Əsas odur ki, azarkeşlərimizi sevindirə bildik. Futbolçular bir müddət idi bir yerdə deyildilər".

Baş məşqçi qeyd edib ki, qarşıda “Qarabağ”ı vacib oyun gözləyir: "Buna baxmayaraq, tam olaraq bu oyuna köklənmişdik. PAOK-la oyuna 4 gün qalıb. Məşqlərdə diqqətli olmalı, bu komanda ilə oyuna ciddi hazırlaşmalıyıq. Bizi doğrudan da çətin oyun gözləyir.

Samir Abasova uğurlar arzulayıram. O, daim öz üzərində işləyir, hər oyunda nə isə yenilik edir.

Komandanın cəmi bir neçə gündür birgə olduğunu nəzərə alsaq, bu oyun futbolçular üçün asan deyildi. Qollarımızı da son dəqiqələrdə vurduq. Rəşadın ayağında ağrılar var. Çox da ciddi deyil. Zədəsini yeniləməməsi üçün həkimlər diqqətli olmalıdılar. Oyunun gedişində istədiyimiz kimi hücumlar qura bilmirdik. Oyun zamanı 5-3-2-dən istifadə edirdik. İlqarın oyunundan razı qaldım. Ancaq öz üzərində bir az daha çalışmalıdır".