» » » "Qəbələ" və "Qarabağ"ın Avropa Liqasındakı rəqibləri növbəti oyunlarını keçirib

"Qəbələ" və "Qarabağ"ın Avropa Liqasındakı rəqibləri növbəti oyunlarını keçirib

"Qəbələ" və "Qarabağ"ın Avropa Liqasındakı rəqibləri növbəti oyunlarını keçirib
Avropa Liqasında çıxış edən "Qəbələ" və "Qarabağ"ın rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçirib.

ucarliyiq.bizun məlumatına görə, C qrupunda mübarizə aparan "Qəbələ"nin 3 rəqibindən 2-si həftəni qələbə ilə başa vurub.

Fransa çempionatında mübarizə aparan "Sent-Etyen" IX turda "Dijon"u qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Bir xal qazanan "Sent-Etyen" 13 xalla 9-cu pillədə qərarlaşıb. Almaniyanın "Maynts" klubu öz meydanın "Darmşdadt"ı qəbul edib. Bu görüşdə də meydan sahiblərinin 2:1 hesablı qələbəsi qeydə alınıb. "Maynts" bu nəticədən sonra 11 xalla 7-ci pilləyə yüksəlib. Belçika "Anderlext"i isə "Lökeren" üzərində 1:0 hesablı qələbə qazanaraq 21 xalla turnir cədvəlində liderliyini qoruyub.

"Qarabağ"ın çıxış etdiyi J qrupunda mübarizə aparan komandalardan isə yalnız biri qitə turnirinə qələbə ilə yollanacaq. Yunanıstanın PAOK klubu "İraklis"i qəbul edib və 1:0 hesablı qələbəyə sevinib. Saloniki təmsilçisi V turdan sonra 8 xalla 4-cü pillədədir. İtaliyanın "Fiorentina" klubu evdə "Atalanta" ilə qolsuz heç-heçəyə razılaşıb. VII turdan sonra aktivində 9 xal olan Florensiya klubu 14-cü pillədə yer alıb. Çexiyanın "Slovan" komandası isə "Dukla Praqa" ilə münasibətlərinə aydınlıq gətirib. Slovan təmsilçisi səfər görüşündən 2:1 hesbalı qələbə ilə dönərək xal ehtiyatını 9-a çatdırıb. "Slovan" hazırda 9 xalla turnir cədvəlinin 14-cü pilləsində yer alıb.

Qeyd edək ki, "Qəbələ" bu həftə Fransanın "Sent-Etyen" klubunun qonağı olacaq. "Qarabağ" isə Bakıda PAOK-u sınağa çəkəcək.