» » » Avropa ölkələri yeni çempionat yaradır

Avropa ölkələri yeni çempionat yaradır

Avropa ölkələri yeni çempionat yaradır
Avropanın bir neçə ölkəsi bir araya gələrək yeni çempionat yaratmağa qərar veriblər.

ucarliyiq.bizun "Sabah"a istinadən verdiyi məlumata görə, Belçika, Hollandiya, İsveç, Şotlandiya və Norveç artıq məsələ ilə bağlı işə başlayıb.

Yeni yaradılacaq liqa UEFA-dan kənar fəaliyyət göstərəcək və bu çempionatda mübarizə aparan komandalar öz ölkələrində çıxış etməyəcək. Artıq Danimarkanın "Kopenhagen" klubu bu məlumatı təsdiqləyib. "Anderlext", "Seltik", "Ayaks", PSV, "Rusenborq", "Malmö" və "Brügge" klublarının da çempionata qatıla biləcəyi bildirilir.

Adıçəkilən komandalar yeni yaradılacaq liqada çıxış edəcəkləri təqdirdə UEFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak etməyəcək.