» » » Azərbaycanlı FİFA referisinin təyinat aldığı oyun açıqlanıb

Azərbaycanlı FİFA referisinin təyinat aldığı oyun açıqlanıb

Azərbaycanlı FİFA referisinin təyinat aldığı oyun açıqlanıb
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA tərəfindən yeni təyinat alıb.

ucarliyiq.bizun məlumatına görə, o, Türkiyədə "Konyaspor" - "Braqa" oyununu idarə edəcək.

Ə.Ağayevə yan xətt hakimləri qismində Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcək. Əlavə köməkçi hakimlər Orxan Məmmədov və Rəhim Həsənovdur. Oyunun dördüncü hakimi isə Mübariz Haşımov olacaq.

Qeyd edək ki, oktyabrın 20-də Konyada baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.