» » » Azarkeşlər klub rəhbərliyini boykot ediblər

Azarkeşlər klub rəhbərliyini boykot ediblər

Azarkeşlər klub rəhbərliyini boykot ediblər
İngiltərənin "Çarlton Atletik" klubunun azarkeşləri rəhbərliyi boykot ediblər.

ucarliyiq.bizun məlumatına görə, onlar komandanın uğursuz nəticələri səbəbindən bu cür addım atıblar.

Komandanın birinci liqada "Koventri" ilə qarşılaşması zamanı azarkeşlər meydançaya oyuncaq donuzlar atıblar. Bu səbəbdən matçda təxminən 5 dəqiqəlik fasilə yaranıb.

Qeyd edək ki, "Çarlton Atletik" illərlə Premyer Liqada çıxış edib. Elitada uğursuz çıxış edən komanda "Çempionşip"ə, ardınca isə birinci liqaya düşüb.