» » » Çempionlar Liqasının III turunun oyunları keçiriləcək

Çempionlar Liqasının III turunun oyunları keçiriləcək

Çempionlar Liqasının III turunun oyunları keçiriləcək
Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin III turunun oyunları keçiriləcək.

ucarliyiq.bizun məlumatına görə, turun ilk oyun günündə E, F, G və H qruplarında mübarizə aparan komandalar meydana çıxacaq.

Rusiyanın ÇSKA klubu Fransa "Monako"sunu qəbul edəcək. Meydan sahibləri qələbə qazanarsa, qrupdakı vəziyyətini xeyli yaxşılaşdıracaq. Hazırda ÇSKA 1 xalla 4-cü pillədədir. Qrupun digər oyununda isə İngiltərənin "Tottenhem" klubu Almaniyada "Bayer"lə münasibətlərinə aydınlıq gətirəcək.

Çempionlar Liqası, qrup oyunları, III tur

18 oktyabr

E qrupu

22:45. ÇSKA (Rusiya) - "Monako" (Fransa)

22:45. "Bayer" (Almaniya) - "Tottenhem" (İngiltərə)

Xal durumu: "Monako" - 4. "Tottenhem" - 3. "Bayer" - 2. ÇSKA - 1.

F qrupu

22:45. "Sportinq" (Portuqaliya) - "Borussiya" (Dortmund, Almaniya)

22:45. "Real Madrid" (İspaniya) - "Legiya" (Polşa)

Xal durumu: "Borussiya" - 4. "Real Madrid" - 4. "Sportinq" - 3. "Legiya" - 0.

G qrupu

22:45. "Lester" (İngiltərə) - "Kopenhagen" (Danimarka)

22:45. "Brügge" (Belçika) - "Portu" (Portuqaliya)

Xal durumu: "Lester" - 6. "Kopenhagen" - 4. "Portu" - 1. "Brügge" - 0.

H qrupu

22:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Sevilya" (İspaniya)

22:45. "Lion" (Fransa) - "Yuventus" (İtaliya)

Xal durumu: "Yuventus" - 4. "Sevilya" - 4. "Lion" - 3. "Dinamo" - 0.

Qeyd edək ki, A, B, C və D qrupunun oyunları sabah olacaq.