» » » UEFA Çexiya klubunu cəzalandırıb

UEFA Çexiya klubunu cəzalandırıb

UEFA Çexiya klubunu cəzalandırıb
UEFA-nın İntizam Komitəsi Çexiyanın "Sparta" (Praqa) klubunu cəzalandırıb.

ucarliyiq.bizun məlumatına görə, Avropa futbol qurumunun qərarına əsasən Praqa təmsilçisi Avropa Liqasının qrup mərhələsinin III turunda İsrail "Hapoel"i (Beer Şeva) ilə görüşdə ən çox azarkeş kütləsi olan tribunaları bağlayacaq.

Buna səbəb K qrupunda İtaliya "İnter"i ilə keçirilmiş oyunda azarkeşlərin irqçi şüarlar səsləndirməsidir. Analoji hal təkrarlanacağı halda tirbunaların ümumiyyətlə bağlanacağı bildirilib.

Qeyd edək ki, "Sparta" noyabrın 3-də "Hapoel"lə qarşılaşacaq. Sentyabrın 29-da "İnter"lə baş tutmuş görüş 3:1 hesabı ilə başa çatıb.