» » » "Kəpəz"in legioner futbolçusunun vəziyyəti aydınlaşıb

"Kəpəz"in legioner futbolçusunun vəziyyəti aydınlaşıb

"Kəpəz"in legioner futbolçusunun vəziyyəti aydınlaşıb
Azərbaycan Premyer Liqasının VIII turunda AZAL-la səfər oyununda zədələnən Gəncənin "Kəpəz" klubunun futbolçusu Dario Frederikonun durumuna aydınlıq gəlib.

ucarliyiq.bizun klub saytına istinadən verdiyi məlumata görə, MRT müayinəsindən keçən braziliyalıya birinci dərəcəli əzələ yırtığı diaqnozu qoyulub.

Yarımmüdafiəçi qarşıdakı 3 həftə futbol oynaya bilməyəcək. Frederiko yalnız gələn ayın əvvəlindən məşqlərə başlaya biləcək. Bu müddət ərzində onun müalicəsi Bakıda aparılacaq.

Qeyd edək ki, Dario ötən il də məhz AZAL-la Bakıda keçirilən görüşdə zədələnərək mövsümün sonuna kimi sıradan çıxmışdı.