» » » Azərbaycan cüdo yığmasının "Böyük Dəbilqə" turniri üçün heyəti açıqlanıb

Azərbaycan cüdo yığmasının "Böyük Dəbilqə" turniri üçün heyəti açıqlanıb

Azərbaycan cüdo yığmasının "Böyük Dəbilqə" turniri üçün heyəti açıqlanıb
Azərbaycan cüdoçuları oktyabrın 28-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə start götürəcək “Böyük Dəbilqə” turnirində mübarizə aparacaqlar. Federasiyanın mətbuat xidmətindən ucarliyiq.biza verilən məlumata görə, 3 gün davam edəcək yarışa 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Rüstəm Orucov da qatılacaq.

Əvəzində digər gümüş mükafatçı Elmar Qasımov Abu-Dabiyə aparılmayacaq. Məqçilər heyəti ümumilikdə 12 kişi cüdoçuya - Oruc Vəlizadə, Mehman Sadıqov (hər ikisi 60 kq), Vüqar Şirinli, İlqar Müşkiyev (hər ikisi 66 kq), Rüstəm Orucov, Fəqan Quluzadə (hər ikisi 73 kq), Elvin Əhmədli, Ruslan Fərruxzadə (hər ikisi 81 kq), Tural Səfquliyev, Firudin Dadşov (hər ikisi 90 kq), Elxan Məmmədov və Cəlil Şükürov (hər ikisi 100 kq) şans verəcək.

Qeyd edək ki, 100 kq-dan yuxarı çəki dərəcəsində Azərbaycanı heç kim təmsil etməyəcək.