» » » EOC: "II Avropa Oyunlarının Rusiyada keçirilməsi planlaşdırılmır"

EOC: "II Avropa Oyunlarının Rusiyada keçirilməsi planlaşdırılmır"

EOC: "II Avropa Oyunlarının Rusiyada keçirilməsi planlaşdırılmır"
"II Avropa Oyunlarının Rusiyada keçirilməsinə dair razılıq yoxdur".

ucarliyiq.bizun məlumatına görə, bunu Avropa Olimpiya Komitəsinin (EOC) Baş katibi Rafaelo Panyotsi "İnterfax"a açıqlamasında deyib.

O bildirib ki, növbəti oyunların məkanı barədə qərar yaxın həftələrdə veriləcək: "2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarınadək Rusiya ilə müəyyən anlaşma var idi. Amma indi bu məsələnin həllinə dair yeni qərara gəlinməlidir. EOC-un Belarusun paytaxtı Minskdə keçiriləcək Baş Assambleyasında ən vacib qərarlar qəbul olunacaq. Fikrimcə, yekun qərar bir neçə həftə ərzində veriləcək".

Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci il iyunun 12 - 28-də Bakıda keçirilib. Avropa Olimpiya Komitələrinin 45-ci Baş Assambleyası oktyabrın 20-22-də qitənin 50 ölkəsindən olan nümayəndələrin iştirakı ilə keçirləcək.