» » » Braziliya milli komandasının sabiq futbolçusu Ronaldinyo Bakıya gəlib

Braziliya milli komandasının sabiq futbolçusu Ronaldinyo Bakıya gəlib

Braziliya milli komandasının sabiq futbolçusu Ronaldinyo Bakıya gəlib
Braziliya milli komandasının sabiq futbolçusu Ronaldinyo Bakıya gəlib.

ucarliyiq.bizun məlumatına görə, bu barədə ötənlərin məşhur yarımmüdafiəçisi şəxsi "Twitter" hesabından paylaşım edib.

O, "Primeiro dia em Baku, show!" ("Bakıda ilk gün. Şou") sözlərini yazıb. "Four Season" otelində məskunlaşan ulduz futbolçunun səfərinin məqsədi dəqiq bilinmir. Bununla belə, Ronaldinyonun oktyabrın 15-də İspaniya "Barselona"sına səfir təyin edildiyi açıqlanıb. Onun səlahiyyətlərinə Kataloniya klubunu rəsmi mərasimlərdə təmsil etməsi də daxildir. Lakin "sambaçı" La Liqanın VIII turunda "Barsa"nın "Deportivo"nu 4:0 hesabı ilə yendiyi görüşü izləməkdənsə çimərlikdə istirahəti üstün tutub.

Qeyd edək ki, hazırda 36 yaşında olan Ronaldinyo Braziliyanın "Flamenqo" və "Qremio", İtaliyanın "Milan", İspaniyanın "Barselona", Fransanın PSJ klublarında çıxış edib. 2002-ci ildə o, Braziliya yığması ilə dünya çempionu, 2006-cı ildə "Barselona"nın heyətində Çempionlar Liqasının qalibi olub. Son illər Ronaldinyonun karyerası elə də uğurlu alınmayıb. 2015-ci ilin martında Meksikanın "Keretaro", həmin ilin iyulunda Braziliyanın "Fluminense" klubu onu heyətdən kənarlaşdırıb. Bu ilin iyulunda isə Ronaldinyo Hindistanın futzal liqasında iştirak edib və 500 min dollar qonorar alıb.