» » » Beşikdaş"da ilk qələbə, "Barselona" Qvardiolanı pərişan edib

Beşikdaş"da ilk qələbə, "Barselona" Qvardiolanı pərişan edib

Beşikdaş"da ilk qələbə, "Barselona" Qvardiolanı pərişan edib
Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində III turun son oyunları keçirilib.

ucarliyiq.bizun məlumatına görə, A, B, C və D qruplarında yer alan komandalar mübarizəyə start verilib.

Gecənin mərkəzi görüşünün C qrupunda baş tutub. İspaniyanın "Barselona" klubu İngiltərə "Mançester Siti"sini qəbul edib. Oyunu maraqlı edən əsas amil "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiolanın əvvəllər "Barsa"nın sükanı arxasında əyləşməsi idi.

Kataloniya təmsilçisi keçmiş baş məşqçisini böyükhesablı məğlubiyyətə uğradıb. Bu, daha çox komandanın lideri Lionel Messinin het-triki sayəsində gerçəkləşib. Penaltini qaçıran Neymar daha sonra oyunda fərqlənə bilib. Komandaların hər birindən bir futbolçu meydandan qovulub.

"Mançester Siti"də qırmızı vərəqə alan "Barselona"dan ona keçən qapıçı Klaudio Bravo olub. Qrupun digər oyununda "Borssuiya" səfərdə "Seltik"ə qalib gəlib.

Azərbaycanda kifayət qədər azarkeşi olan Türkiyə "Beşiktaş"ı ilk qələbəsini İtaliyada "Napoli" üzərində qazanıb. İstanbul klubu 3 dəfə hesabda irəlidə olduğu oyunu sonda qalib kimi başa vurub və lider "Napoili" ilə xal fərqini minimuma endirərək 2-ci pillədə yerini möhkəmlədib.

A qrupundaklı matçlar meydan sahiblərinin böyükhesablı qələbələri ilə nəticələnib. "Arsenal"ın darmadağınında əslən Türkiyədən olan Məsit Özil etdiyi het-triklə böyük rol oynayıb.

Çempionlar Liqası, qrup oyunları, III tur

A qrupu

22:45. "Arsenal" (İngiltərə) - "Ludoqorets" (Bolqarıstan) - 6:0

Qollar: Aleks Sançes, 12, Teo Uolkott, 42, Aleks Oksleyd Çemberleyn, 47, Məsut Özil, 56, 83, 87

22:45. PSJ (Fransa) - "Bazel" (İsveçrə) - 3:0

Qollar: Anhel Di Mariya, 40, Lukas, 62, Edison Kavani, 90+3

Xal durumu: "Arsenal" - 7. PSJ - 7. "Bazel" - 1. "Ludoqorets" - 1.

B qrupu

22:45. "Napoli" (İtaliya) - "Beşiktaş" (Türkiyə) - 2:3

Qollar: Dries Mertens, 30, Manolo Qabbiadini, 69 - Adriano, 13, Vinsent Abubakar, 38, 86

50-ci dəqiqədə Lorenzo İnsinye ("Napoli") penalti zərbəsini dəıqiq yerinə yetirə bilməyib.

22:45. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya) - 0:2

Qollar: Eduardo Salvio, 9-pen, Franko Cervi, 55

Xal durumu: "Napoli" - 6. "Beşiktaş" - 5. Benfika" - 4. "Dinamo" - 1.

C qrupu

22:45. "Seltik" (Şotlandiya) - "Borussiya" (Münhebqladbax, Almaniya) - 0:2

Qollar: Lars Stindl, 57, Andre Hahn, 77

22:45. "Barselona" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 4:0

Qollar: Lionel Messi, 17, 61, 69, Neymar, 89

Qırmızı vərəqə: Jeremi Metyu, 73 ("Barselona, ikinci sarı), Klaudio Bravo, 53 ("Mançester Siti", birbaşa)

87-ci dəqiqədə Neymar ("Barselona") penati zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Xal durumu: "Barselona" - 9. "Mançester Siti" - 4. "Borussiya" - 3. "Seltik" - 1.

D qrupu

22:45. "Rostov" (Rusiya) - "Atletiko" (İspaniya) - 0:1

Qol: Yannik Karrasko, 62

22:45. "Bavariya" (Almaniya) - PSV (Hollandiya) - 4:1

Qollar: Tomas Müller, 13, Joşua Kimmix, 30, Robert Levandovski, 59, Aryen Robben, 84 - Lusiano Narsinq, 41

Xal durumu: "Atletiko" - 9. "Bavariya" - 6. "Rostov" - 1. PSV - 1.