» » » "Sent-Etyen" "Qəbələ" ilə oyuna baş məşqçisiz çıxacaq

"Sent-Etyen" "Qəbələ" ilə oyuna baş məşqçisiz çıxacaq

"Sent-Etyen" "Qəbələ" ilə oyuna baş məşqçisiz çıxacaq
Fransanın "Sent-Etyen" klubunun baş məşqçisi Kristof Qaltye Avropa Liqasının III turunda "Qəbələ" ilə ev oyununu tribunadan izləyəcək.

ucarliyiq.bizun məlumatına görə, bu barədə baş məşqçinin özü açıqlama verib.

O, bildirib ki, ötən tur Belçika "Anderlext"i ilə oyunun son dəqiqələrində cəzalı duruma düşüb: "Bu yolverilməzdir. Özümə gələn dəfə daha çox nəzarət etməliyəm. Komanda stadiona gələndən sonra onlarla heç bir əlaqəm olmur. Bu halda işləmək çətinləşir. Köməkçim Rene Lobello komandaya cavabdeh olacaq. Rene mövqeləri çox yaxşı bilir".

Baş məşqçi oyunu cəzalı qapıçı Stefan Ruffye ilə birgə izləməyəcəyini deyib: "UEFA tərəfindən verilən xüsusi yerdə əyləşəcəyəm. Oyun zamanı və sonra öz nümayəndəmizlə birgə olacağam. Stefan isə harada istəsə, əyləşə bilər".

Qeyd edək ki, Kristof Qaltye sentyabrın 29-da "Anderlext"lə görüşün son dəqiqələrində vurduqları bərabərlik qolunu çılğınlıqla qeyd edib. Bu isə baş məşqçinin cəzalanmasına səbəb olub.