» » » Azərbaycan millisi FİFA reytinqində 3 il öncəki göstəricisini təkrarlayıb

Azərbaycan millisi FİFA reytinqində 3 il öncəki göstəricisini təkrarlayıb

Azərbaycan millisi FİFA reytinqində 3 il öncəki göstəricisini təkrarlayıb
Futbol üzrə Azərbaycan millisi FİFA-nın son reytinq siyahısında 45 pillə irəliləyərək 88-ci sırada qərarlaşıb. ucarliyiq.bizun məlumatına görə, bu, siyahıda ikinci ən böyük sıçrayış kimi qeydə alınıb.

Ən yaxşı göstərici 49 pillə irəliləyərək, 326 xalla 56-cı mövqedə yer alan Monteneqro yığmasına məxsusdur.

Azərbaycan ilk dəfə 2013-cü ilin məhz oktyabr ayında 88-ci pillədə qərarlaşıb. Hazırkı göstərici millinin tarixində ən yaxşı 6-cı nəticədir. 2014-cü ilin aprel və may aylarında Berti Foqtsun rəhbərlik etdiyi komanda 85-ci pillədə yer alıb. Həmin ilin iyununda 83-cü pilləyə yüksələn Azərbaycan iyulda 73-cü pillədə dayanıb. Milli komanda avqust ayında da 73-cü pilləni ələdən verməyib.

Üstəlik Azərbaycan yığması Cənubi Qafqaz ölkələri arasında 1-ci, keçmiş SSRİ ölkələri arasında ən yaxşı göstəriciyə malik 5-ci komandadır. Yığma komanda bu siyahıda yalnız Ukrayna, Özbəkistan, Rusiya və Belarusdan geri qalır:

29. Ukrayna - 803 (0)

48. Özbəkistan - 617 (+1)

53. Rusiya - 594 (-15)

77. Belarus - 452 (-20)

88. AZƏRBAYCAN - 404 (+45)

90. Qazaxıstan - 386 (-7)

98. Litva - 347 (+19)

99. Qırğızıstan - 343 (+9)

114. Türkmənistan - 309 (+2)

116. Latviya - 306 (-21)

119. Estoniya - 299 (+11)

122. Gürcüstan - 276 (+15)

125. Ermənistan - 270 (-13)

140. Tacikistan - 227 (+4)

173. Moldova - 119 (-12)