» » » "Qarabağ" PAOK-la oyuna itkilərlə çıxacaq

"Qarabağ" PAOK-la oyuna itkilərlə çıxacaq

"Qarabağ" PAOK-la oyuna itkilərlə çıxacaq
"Qarabağ" komandası Avropa Liqasında Yunanıstan PAOK-u ilə bu gün keçirəcəyi III tur matçına futbolçu itkiləri ilə çıxacaq.

Klubdan ucarliyiq.biza verilən məlumata görə, hücumçu Reynaldo və yarımmüdafiəçi Migel Madera görüşü buraxmalı olacaqlar.

Hər iki oyunçu son məşqlərdə zədələnib. Eyni problemlə üzləşən kapitan Rəşad Sadıqovun meydana çıxıb-çıxmayacağı isə hələ bilinmir. Bundan başqa, İtaliya "Fiorentina"sı ilə II tur matçında qırmızı vərəqə almış Cavid İmamverdiyev bugünkü oyunda olmayacaq.

Klubdan PAOK-la görüşə 15 minədək biletin satıldığı da açıqlanıb. Satış göstəricisinin aşağı olması yağışlı hava şəraiti ilə əlaqələndirilir. İndi iqlim şəraitində qismən mülayimləşmə müşahidə olunduğundan və biletlərin çoxu oyun günü alındığından, bu göstəricinin 20-25 min nəfərədək yüksələcəyi gözlənilir.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək J qrupunun oyunu saat 21:00-da başlayacaq.