» » » Tale Heydərov: "Ronaldinyonun Bakıya səfərini bir müddətdir planlaşdırırdıq" - ƏLAVƏ OLUNUB

Tale Heydərov: "Ronaldinyonun Bakıya səfərini bir müddətdir planlaşdırırdıq" - ƏLAVƏ OLUNUB

Tale Heydərov: "Ronaldinyonun Bakıya səfərini bir müddətdir planlaşdırırdıq" - ƏLAVƏ OLUNUB
"Ronaldinyonun Bakıya səfərini bir müddətdir planlaşdırırdıq. Bu gün imkan oldu. Bakıya səfər etdiyinə görə çox sevinirik".

ucarliyiq.bizun məlumatına görə, bu fikirləri "Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərov bildirib.

Onun sözlərinə görə, səfərdə məqsəd Ronaldinyo Akademiyasının açılmasıdır: "Akademiyanın harada yerləşəcəyi hələlik məlum deyil: "Bununla bağlı danışıqlar aparılacaq və qərar verəcəyik. AFFA bizə dəstək verəcəyinə söz verib. Bu akademiyanın Qəbələdə olmasına ehtiyac yoxdur. Orada infrastruktur olsa da, insanların yaşamaları çətindir. Ona görə də Bakıda açırıq ki, uşaqlar valideynlərindən kənarda qalmasın, məşq edib evlərinə getsinlər. Bakıda akademiya yaratmaq istəyimiz Ronaldinyo akademiyası ilə eyni vaxta düşdü. İstərdik ki, uşaqlar 9 yaşdan başlayaraq müxtəlif yaş qrupları üzrə çempionatlarda iştirak etsinlər. Bu, uşaqlar arasında rəqabəti gücləndirər. "Qəbələ"nin azyaşlıları özlərinə rəqib tapmaqda çətinlik çəkirlər. Ona görə də belə akademiyanın yaradılması yaxşı olardı. Ümidvarıq ki, bu akademiya gənclərin futbola marağını artıracaq. Bundan başqa, Ronaldinyo öz fəlsəfəsini quracaq, şəxsən iştirak edəcək. Bakı Olimpiya Stadionunda da açmaq olar. Amma bunun üçün bir neçə məşq meydanı lazımdır. Hər halda bu stadiondan da yararlanmaq olar".

"Ronaldinyo ən sevdiyim futbolçulardan biridir. Əlbəttə, ilkin olaraq Azərbaycana gəlməsi mövzusu yox idi. Amma elə gətirdi ki, biz danışıqlara başladıq. Özü də maraqlı olduğunu bildirdi. Ronaldinyo akademiyalarının bir neçə ölkədə fəaliyyət göstərməsindən məlumatlı idik. Eyni zamanda, "Qəbələ" futbol akademiyasının neçə ildir Azərbaycanda fəaliyyət göstərməsi və klubumuzun marağını nəzərə alaraq danışıqlara başlanıldı. Çox sevinirik ki, bu, baş tutdu. Bu səfərlə əlaqədar "Qəbələ"nin Fransada "Sent Etyen"lə oyununu izləyə bilməyəcəyəm. Çox çətin oyun olacaq. Amma futbolçular və məşqçilər bütün bacarıqları ilə mübarizə aparacaqlarına söz veriblər. Vaxt çox azdır. Ancaq Ronaldinyo çalışacaq ki, "Qarabağ"ın PAOK-la oyununu izləsin. Bu, səfər proqramından asılı olacaq", - deyə "Qəbələ"nin prezidenti vurğulayıb.

T.Heydərov Ronaldinyonun Bakıya gəlişinin böyük marağa səbəb olacağını gözlədiklərini də qeyd edib: "Ronaldinyonun "Qəbələ"də oynayıb-oynamayacağı sualını özünə verərdiniz. Əlbəttə, belə səviyyəli futbolçunun Bakıya gəlməsi azarkeş marağına səbəb ola bilər".