» » » Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər

Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər

Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər
Çempionlar Liqasının final oyunu gələcəkdə Avropa hüdudlarından kənarda keçirilə bilər.

ucarliyiq.biz xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin məlumat verib.

"Bu bir ideyadır, lakin onun hələ müzakirəyə ehtiyacı var. Şərti olaraq Portuqaliyadan Azərbaycana və Nyu-Yorka qədər olan məsafə təqribən eynidir. Odur ki, bu, azarkeşlər üçün problem olmamalıdır. Lakin bu Avropa turniridir, ona görə biz bu məsələ üzərində hələ düşünəcəyik.

Finalı keçirmək hüququnun alınması prosesi şəffaf olmalıdır. Siyasi vəziyyət nəzərə alınmayacaq", – deyə Çeferin bildirib.

Əldə edilən məlumatlara görə, final gələcəkdə Nyu-Yorkda keçirilə bilər.