» » » Avropa Liqası: "Qəbələ" Fransada "Sent-Etyen"lə qarşılaşır

Avropa Liqası: "Qəbələ" Fransada "Sent-Etyen"lə qarşılaşır

Avropa Liqası: "Qəbələ" Fransada "Sent-Etyen"lə qarşılaşır
Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsində III turun oyunlarına start verilib.

ucarliyiq.biz xəbər verir ki, "Qarabağ" klubunun ardından Azərbaycanın turnirdə ikinci təmsilçisi olan "Qəbələ" də meydana çıxıb.

"C" qrupunda mübarizə aparan "Qəbələ"nin rəqibi Fransanın "Sent-Etyen" kollektividir. "Qırmızı-qaralar" səfər görüşündə qələbə qaznacaqları təqdirdə qrupdakı vəziyyətlərini bir qədər yaxşılaşdıraraq 3-cü pilləyə yüksələcəklər. Məğlubiyyət isə Roman Qriqorçukun rəhbərlik etdiyi komandanın qrupdan çıxmaq şanslarını xeyli azaldacaq. "Qəbələ" qrupda keçirdiyi ilk iki oyunda məğlub olub. İlk olaraq Belçikada "Anaderlext"ə 1:3 hesabı ilə uduzan komanda Bakıda Almaniya "Maynts"ı ilə görüşdən də 2:3 hesablı məğlubiyyətlə ayrılıb.

"Qarabağ" isə Bakıda Yunanıstan PAOK klubunu məğlub edərək "J" qrupunda ikinci pilləyə yüksəlib.

23:05. "Sent-Etyen" (Fransa) - "Qəbələ" (Azərbaycan)

Baş hakim: Ali Palabıyık

Yan xətt hakimləri: Cem Satman, Ekrem Kan

Əlavə köməkçi hakimlər: Alper Ulusoy, Volkan Bayarslan

Dördüncü hakim: Ceyhun Sesiguzel (hamısı Türkiyə)

Hakim inspektor: Laszlo Vaqner (Macarıstan)

UEFA nümayəndəsi: Yakob Erel (İsrail)

Sent-Etyen. Joffrua Qişar Stadionu

Qrupda vəziyyət: "Maynts" - 4. "Anderlext" - 4. "Sent-Etyen" - 2. "Qəbələ" - 0.