» » » PAOK-un baş məşqçisi: "Məğlubiyyətə bəraət qazandırmağı düşünmürəm"

PAOK-un baş məşqçisi: "Məğlubiyyətə bəraət qazandırmağı düşünmürəm"

PAOK-un baş məşqçisi: "Məğlubiyyətə bəraət qazandırmağı düşünmürəm"
"İlk dəqiqələrdən istədiyimiz oyunu qura bilmədik. Bu səbəbdən də məğlub olduq".

ucarliyiq.bizun məlumatına görə, bunu Yunanıstanın PAOK klubunun baş məşqçisi Vladimir İviç Avropa Liqasının III turu çərçivəsində Bakıda "Qarabağ"a məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında deyib.

O, Bakıda daha yaxşı nəticə gözlədiklərini və növbəti oyunlarda buraxılan səhvlər üzərində işləyəcəklərini bildirib. Baş məşqçi, həmçinin jurnalistlərin suallarını cavablandırıb:

Komanda bəzi hallarda toparlanmağa çalışsa da, yenidən öz oyununu itirirdi...

- Bəli, ilk hissədə daha diqqətli, səliqəli oyun qura bilirdik. Hətta bir neçə dəfə qol imkanı qazandıq. Təəssüf ki, son nöqtəni qoya bilmədik. Bu məğlubiyyətin məsuliyyəti mənim üzərimdədir. Bizim üçün pis gün oldu. İstədiyimiz nəticəni qazanmadıq. Vəziyyəti düzəltmək üçün hər şey özümüzdən asılıdır. İstəsək, bunu edə bilərik.

Komandada qələbə istəyi tam olaraq görünmürdü. Bunun səbəbi, izahı var?

- Bu istəksizliyə heç cür bəraət qazandıra bilmərik. İlk dəfədir ki, komandamda bu qədər fəaliyyətsizlik müşahidə etdim. Komandam istədiyi oyunu göstərə bilmədi. Yerdəyişmələr istədiyimiz kimi olmadı. Oyunumuz heç cür alınmadı.

PAOK qrupda nəyə ümid edir?

- Qrupdakı rəqiblər çətindir. "Qarabağ", "Fiorentina" kimi komandalarla bir yerdə oynamaq heç nəyin asan olmayacağını göstərir. Komandaların heyətində yaxşı oyunçular var. Qarşıda üç oyunumuz var və onlardan ikisi evdədir. Əldə olan imkanları tam dəyərləndirib yolumuza davam etməliyik.

Son məlumatlarda bir neçə əsas heyət oyunçunuzun olmaması bildirilirdi. Bu amilin məğlubiyyətdə rolu oldu?

- Əsas heyətin 3 oyunçusu, hətta onların 2-si bizim üçün daha vacib idi. Lakin zədə səbəbindən iştirak edə bilmədilər. Onların oynaması bizim üçün daha vacib idi.

Yorğunluğun məğlubiyyətə səbəb olduğunu demək olar? Üç gündən sonra daha bir vacib oyun var. Bu oyuna hazırlaşmaq mümkün olacaq?

- Yorğunluğu məğlubiyyətə səbəb kimi göstərməyə razı deyiləm. Heç bir səbəblə məğlubiyyətə bəraət qazandırmağı düşünmürəm.