» » » Bu gün futbol üzrə DÇ-2018-in talismanı məlum olacaq

Bu gün futbol üzrə DÇ-2018-in talismanı məlum olacaq

Bu gün futbol üzrə DÇ-2018-in talismanı məlum olacaq
Futbol üzrə dünya çempionatı - 2018-in talismanı cümə günü Rusiyanın Birinci kanalında yayımlanan "Veçerniy Urqant" verilişində elan olunacaq.

ucarliyiq.biz xəbər verir ki, o, canavar, pişik və pələng personajları arasından ümumxalq səsverməsi yolu ilə seçilib.

Səsvermə sentyabrın 23-dən FİFA-nın rəsmi saytında və təşkilatın sosial şəbəkələrdəki səhifələrində start götürüb və Bakı vaxtı ilə cümə axşamı 21:18-də başa çatıb. Bu gün bütün arzu edənlər Birinci kanalın saytında səsverməni davam etdirə bilərlər. "Veçerniy Urqant" verilişi Bakı vaxtı ilə 00:30-da efirə gedəcək.