» » » Rahid Əmirquliyev: "PAOK təhlükəli komandadır"

Rahid Əmirquliyev: "PAOK təhlükəli komandadır"

Rahid Əmirquliyev: "PAOK təhlükəli komandadır"
"Çox yaxşı hazırlaşmışdıq. Şadam ki, qələbə qazana bildik".

ucarliyiq.bizun məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Rahid Əmirquliyev Avropa Liqasının qrup mərhələsinin III turunda Bakıda Yunanıstan PAOK-u ilə baş tutmuş görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

İkinci qolun müəllifi rəqibi təhlükəli komanda kimi dəyərləndirib: "Son dəqiqələrdə qol vurdum. Buna baxmayaraq, PAOK təhlükəli komandadır. Qol buraxmaq istəmirdik. Deməzdim ki, onlar bu gün üstün oynadı. Ancaq yaxşı komandaları var, sürəlti oyun nümayiş etdirirlər. Sonlarda hesab 2:0 idi və top saxlamağa imkan vardı. Ona görə də bu cür addım atdıq. İkinci qol qələbəmizin təminatçısı idi. Üçüncü qol heç bir xal vermir".

Əmirquliyev noyabrın 3-də Salonikidə keçiriləcək cavab oyunu haqda da danışıb: "Qələbə həmişə stimul verir. Amma PAOK-a qədər bizim Premyer Liqada "Neftçi" ilə oyunumuz var. İlk olaraq bu oyunu düşünürük. Daha sonra PAOK-la oyuna hazırlaşmaq olar. Çalışacağıq ki, səfər oyunundan da 3 xalla qayıdaq".

Yarımmüdafiəçi oyunun keçirildiyi Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyündən və qol epizodunun vəziyyətindən razılıq ifadə edib: "Stadionun vəziyyəti ötən oyunlardakından daha yaxşı idi. Təkbətək çıxanda qapıçını keçmək istəyirdim. Amma gördüm imkan var, vurdum".

Qeyd edək ki, "Qarabağ" dünən baş tutan görüşdə 2:0 hesabı ilə PAOK-u məğlub edib.