» » » Aleksandr Lukaşenko: "Azərbaycanı Avropa Oyunları təşkilatçılığında heç bir ölkə keçə bilməyəcək"

Aleksandr Lukaşenko: "Azərbaycanı Avropa Oyunları təşkilatçılığında heç bir ölkə keçə bilməyəcək"

Aleksandr Lukaşenko: "Azərbaycanı Avropa Oyunları təşkilatçılığında heç bir ölkə keçə bilməyəcək"
"Belarus Avropa Oyunları keçirərkən, Azərbaycanın təcrübəsindən yararlanacaq."

ucarliyiq.bizun "Belta" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşündə deyib.

A.Lukaşenko bildirib ki, bu təcrübə onlara çox lazımdır. Amma o, ilk Avropa Oyunlarını təşkil etmiş Azərbaycanı heç kimin keçə bilməyəcəyini vurğulayıb: "Dostum, Azərbaycan Prezidenti İlham Əliyev elə bir yüksək səviyyə müəyyən edib ki, ötüb keçmək heç kəsə müyəssər olmayacaq”.

Qeyd edək ki, II Avropa Oyunları 2019-cu ildə Minskdə təşkil olunacaq.