» » » Canavar personajı futbol üzrə DÇ-2018-in talismanı seçilib

Canavar personajı futbol üzrə DÇ-2018-in talismanı seçilib

Canavar personajı futbol üzrə DÇ-2018-in talismanı seçilib
Canavar personajı 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının talismanı seçilib.

ucarliyiq.biz xəbər verir ki, ümumxalq səsverməsinin nəticəsi bu gecə Rusiyanın Birinci kanalında efirə gedən "Veçerniy Urqant" verilişində elan olunub.

Talisman seçimi canavar, pişik və pələng personajları arasında edilib.

Səsvermə sentyabrın 23-dən FİFA-nın rəsmi saytında və təşkilatın sosial şəbəkələrdəki səhifələrində start götürüb və Bakı vaxtı ilə cümə axşamı 21:18-də başa çatıb. Bu gün bütün arzu edənlər Birinci kanalın saytında səsverməni davam etdirə bilərlər. "Veçerniy Urqant" verilişi Bakı vaxtı ilə 00:30-da efirə gedəcək.

Talisman canavar Zabivaka adını daşıyacaq.