» » » “Səbail” futbol klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib

“Səbail” futbol klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib

“Səbail” futbol klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib
Bu gün Bayıl stadionunda “Səbail” Futbol Klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

ucarliyiq.bizun məlumatına görə, iclasda klubun əsas komandasının I Divizionda, həmçinin aşağı yaş qruplarından ibarət liqalarda çıxış edən müvafiq komandalarının nəticələri müzakirə olunub, müsbət və mənfi məqamlarla bağlı fikir mübadiləsi aparılıb.

I Divizionda yüksək yer tutmaqla Premyer Liqaya vəsiqə qazanmağı qarşısına məqsəd qoymuş “Səbail”in lisenziyalaşdırma prosesi ilə bağlı müvafiq hazırlıq işlərinə start verməsi də müzakirəyə çıxarılan məsələlərdən olub.