» » » Azərbaycanın U-17 millisi AÇ-2017-nin seçmə mərhələsində iştirak etmək üçün Rumıniyaya gedib

Azərbaycanın U-17 millisi AÇ-2017-nin seçmə mərhələsində iştirak etmək üçün Rumıniyaya gedib

Azərbaycanın U-17 millisi AÇ-2017-nin seçmə mərhələsində iştirak etmək üçün Rumıniyaya gedib
Buxarest. 23 oktyabr. REPORT.AZ/ 2017-ci ildə Xorvatiyada keçiriləcək Avropa Çempionatının seçmə mərhələ oyunlarında iştirak edəcək Azərbaycanın U-17 millisi artıq Rumıniyadadır.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, yığma üzvləri Buxarestə oktybarın 14-dən 21-dək təlim-məşq toplanışının keçirildiyi Serbiyadan yola düşüblər.

Seçmə mərhələ oyunları oktyabrın 25-dən 30-dək keçiriləcək. Azərbaycanın mübarizə aparacağı 6-cı qrupda İngiltərə, Avstriya və Rumıniya milliləri yer alıb. Vüqar Məmmədin baş məşqçisi olduğu komanda ilk olaraq oktyabrın 25-də İngiltərə millisi ilə qarşılaşacaq. Milli oktyabrın 27-də Avstriya, 3 gün sonra isə meydan sahibləri ilə üz-üzə gələcək. Oyunlar Bakı vaxtı ilə saat 16:00 və 20:00-da başlayacaq.

Qrupda ilk 2 yeri tutan komanda çempionata birbaşa vəsiqə qazanacaq. Qrupda 3-cü yeri tutan və ən yaxşı nəticə göstərən daha 5 komanda da adını final mərhələsinə yazdıracaq.