» » » "Qızıl top"a namizədlərdən 5-i açıqlanıb

"Qızıl top"a namizədlərdən 5-i açıqlanıb

"Qızıl top"a namizədlərdən 5-i açıqlanıb
"France Football" jurnalı 2016-cı ilin "Qızıl top" mükafatına namizədlərdən 5-nin adlarını açıqlayıb. ucarliyiq.bizun məlumatına görə, onlardan 2-si İspaniya "Real Madrid"ində çıxış edən portuqaliyalı Kriştianu Ronaldu ilə uelsli Qaret Beyldir.

Habelə, İtaliya "Yuventus-inun qapıçısı Canluici Buffon, İngiltərənin "Mançester Siti" klubundan argentinalı Serxio Aqüero və Almaniyanın "Borussiya" (Dortmund) komandasında çıxış edən qabonlu Pyer-Emerik Obameyanq da siyahıya düşüb. Qalan 25 namizəd gün ərzində açıqlanacaq.

Qeyd edək ki, Kriştianu Ronaldu iki dəfə (2013, 2014) "Qızıl top"a yiyələnib. O, 2016-cı ildə "Real Madrid"lə Çempionlar Liqasını, Portuqaliya millisinin heyətində isə Avropa çempionluğu qazanıb. Daha əvvəl "France Football"la əməkdaşlığının başa çatması səbəbindən FİFA-nın bu mükafatı təqdim etməyəcəyi açıqlanıb. Jurnal "Qızıl top"u 1956-cı ildən təqdim edir. FİFA-da isə 1988-ci ildən "İlin oyunçusu" mükafatı meydana çıxıb. 2010-cu ildə "France Football"ın FİFA ilə bağladığı 5 illik müqaviləyə əsasən, ali futbol qurumu "Qızıl top-in sahibini milli komandaların baş məşqçiləri, kapitanları və KİV nümayəndələri arasındakı sorğu əsasında seçib.