» » » "Sumqayıt”ın baş məşqçisi: "Məqsəd "Qəbələ"ni burdan əliboş yola salmaq idi"

"Sumqayıt”ın baş məşqçisi: "Məqsəd "Qəbələ"ni burdan əliboş yola salmaq idi"

"Sumqayıt”ın baş məşqçisi: "Məqsəd "Qəbələ"ni burdan əliboş yola salmaq idi"
"Qəbələ” ilə az müddət öncə oynamışdıq. Bu oyuna başqa cür hazırlaşmışdıq. Uduzmaq niyyətində deyildik”.

ucarliyiq.bizun məlumatına görə, bu fikirləri "Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının IX turunda "Qəbələ” ilə 2:2 hesabı ilə bərabər qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Abasov məqsədlərinin "Qəbələ”ni xalsız yola salmaq olduğunu bildirib: "Bu gün uşaqlar sona qədər vuruşdular. Deyə bilmərəm ki, xal qazandıq və ya itirdik. Əsas o idi ki, bu gün yaxşı oynadıq. Məqsəd "Qəbələ”ni burdan əliboş yola salmaq idi. Qalib gəlsəydik, daha yaxşı olardı. Amma məğlub olmamaq da pis nəticə deyil”.