» » » "Qarabağ" səfərdə "Neftçi"ni məğlub edib

"Qarabağ" səfərdə "Neftçi"ni məğlub edib

"Qarabağ" səfərdə "Neftçi"ni məğlub edib
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.

ucarliyiq.bizun məlumatına görə, turun son oyununda "Neftçi" komandası "Qarabağ"ı qəbul edib.

"Bakcell Arena"da keçirilən qarşılaşmada qonaqlar fərqlənməyi bacarıb. Matçın 29-cu dəqiqəsində Rahid Əmirquliyev güclü zərbə ilə topu qapıdan keçirib. İlk hissənin sonunda isə "Qarabağ"ın hücumu zamanı Jayro Rodriges topu öz qapısına göndərib - 0:2.

Bundan sonra qapılara qol vurulmayıb və "Qarabağ" 3 xalı iki qolla qazanıb. Bu görüşdən sonra "Qarabağ" xal ehtiyatını 19-a çatdıraraq turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. "Neftçi" isə 6 xalla 7-cidir.

Qeyd edək ki, turun digər görüşlərində "Kəpəz" "İnter"lə (0:0), AZAL "Zirə" ilə (1:1), "Sumqayıt" isə "Qəbələ" ilə (2:2) sülh bağlayıb.