» » » Elxan Abdullayev: "Neftçi" yeni ildən tam başqa komanda olacaq"

Elxan Abdullayev: "Neftçi" yeni ildən tam başqa komanda olacaq"

Elxan Abdullayev: "Neftçi" yeni ildən tam başqa komanda olacaq"
“Azərbaycanın ən güclü komandası ilə qarşılaşdıq. “Qarabağ”la açıq futbol oynamaq hər bir komanda üçün çox təhlükəlidi. Bu gün seçdiyimiz taktika özünü doğrultdu. Sadəcə, uzaq məsafədən bizə qol vura bildilər. Komandamın oyunundan razı qaldım".

ucarliyiq.bizun məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev deyib.

Azərbaycan Premyer Liqasının IX turunda "Qarabağ"la keçirilmiş oyundan sonra baş məşqçi bunları bildirib:

"Mən olduğum müddətdə Tira “Neftçi”də olmayacaq. O, komandadan çıxarılacaq. Meydana azarkeş çıxıbsa, onu kənarlaşdırmaq polisin, mühafizə xidmətinin işidi. Tiranı çox ciddi cəza gözləyir. UEFA, FİFA-ya məktub yazmaq lazımdı. “Neftçi” bu məsələni belə qoymayacaq. “Qarabağ”la açıq futbol oynasaydıq, 6 qol buraxardıq. PAOK da onlarla açıq futbol oynamadı. Mən də qalib gəlmək istəyirəm. Amma məsələyə real yanaşmaq lazımdı. Mənə futbola aid sual verin. Siz məni məcbur edirsiniz ki, nəsə deyim. Mən bu klubun baş məşqçisiyəm, işim meydandadır".

Baş məşqçi azarkeşlərin istefa şüarlarına da münasibət bildirib: "Mən söz verməmişəm ki, gələn kimi “Neftçi”ni “Barselona”ya çevirəcəyəm. Dəyişikliklər var. Oyunçuları “İnter”lə matçda qıcolma tuturdu. Mən istəyərəm ki, 5 müdafiə ilə oynayım? Sadəcə, “Qarabağ”a qarşı bu cür oynamağa məcbur idim. Vaxt lazımdır. Bizi istefaya səsləmələrinin səbəbini bilmirəm. Rəhbərlikdən mənim işimə heç kim qarışmır, təzyiq yoxdur, mane olmurlar. Hədəf odur ki, imkan dərəcəsində maksimum xal yığaq. Böyük xal fərqi olmamalıdır. Yeni ildən sonra tam başqa komanda olacaq. İnanıram ki, onda itirilən xalları artıqlaması ilə bərpa edəcəyik".