» » » "Bayer" III liqa klubuna yenilərək ölkə kubokunda mübarizəni dayandırıb - VİDEO

"Bayer" III liqa klubuna yenilərək ölkə kubokunda mübarizəni dayandırıb - VİDEO

"Bayer" III liqa klubuna yenilərək ölkə kubokunda mübarizəni dayandırıb - VİDEO

Almaniyanın III divizion klubu "Şportfroynd Lotte" futbol üzrə ölkə kubokunun 1/16 oyununda "Bayer Leverkuzen"i məğlub edib.


ucarliyiq.biz xəbər verir ki, matçın əsas hissəsi 1:1 hesabı ilə başa çatıb. Əlavə olunmuş vaxtda komandalar hərəyə bir dəfə də fərqləniblər.


Görüşün qalibi 11 metrlik cərimə zərbələri ilə müəyyən edilib (3:2). "Şportfroynd" 78-ci dəqiqə azlıqda qalıb.


Sözügedən klub 1/32 finalda digər məşhur alman komandası "Verder"i kubokdan kənarlaşdırıb (2:1). "Şportfroynd" 1/8 finalda "Nürnberq" - "Şalke" cütünün qalibi ilə qarşılaşacaq.