» » » Azərbaycan millisi İngiltərəyə məğlub olub - FOTO

Azərbaycan millisi İngiltərəyə məğlub olub - FOTO

Azərbaycan millisi İngiltərəyə məğlub olub - FOTO
Buxarest. 25 oktyabr. REPORT.AZ/ Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası 2017-ci ildə Xorvatiyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib.

"Report”un Şərqi Avropa bürosunun məlumatına görə, rəqib İngiltərə millisi olub.

Görüş güclü rəqibin 2-0 hesablı qələbəsi ilə başa çatıb. Qolların hər ikisi birinci hissədə vurulub: A.Gomes və J. Sancho fərqləniblər.

Günün digər qarşılaşmasında isə ev sahibi Rumıniya Avstriya millisini sınağa çəkib. Matç 1-2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Seçmə mərhələ çərçivəsində növbəti oyunlar oktyabrınn 27-də keçiriləcək. Azərbaycan millisi Avstriya, Rumıniya millisi isə İngiltərə ilə qarşılaşacaq.

Qeyd edək ki, oyunlar "Buftea” futbol mərkəzinin stadionunda keçirilir.