» » » Argentina və Uruqvay 2030-cu il dünya çempionatını birgə təşkil etmək istədiklərini bəyan edib

Argentina və Uruqvay 2030-cu il dünya çempionatını birgə təşkil etmək istədiklərini bəyan edib

Argentina və Uruqvay 2030-cu il dünya çempionatını birgə təşkil etmək istədiklərini bəyan edib
Argentina və Uruqvay yığmaları 2030-cu il dünya çempionatına birgə təşkilatçılıq üçün ərizə verəcək. ucarliyiq.bizun məlumatına görə, hər iki ölkə belə bir planlarının olduğunu təsdiqləyib.

Argentina prezidenti Maurisio Makri qonşu ölkə ilə birgə işləmək arzusunda olduqlarını açıqlayıb. Buenos-Ayresdə keçirilən birgə mətbuat konfransında onun uruqvaylı həmkarı Tabare Vaskes də belə niyyətlə çıxış edib.

Qarşıdakı dünya çempionatı 2018-ci ildə Rusiyada keçiriləcək. 2022-ci il mundialını Qətər qəbul edəcək. 2026-cı ildə çempionata Şimali Amerika - ya ABŞ, ya da bu ölkə ilə Kanada müştərək ev sahibliyi edəcək.