» » » Robert Prosineçki: "Prezident İlham Əliyevin dediyi xoş sözlər bizim üçün böyük məsuliyyətdir"

Robert Prosineçki: "Prezident İlham Əliyevin dediyi xoş sözlər bizim üçün böyük məsuliyyətdir"

Robert Prosineçki: "Prezident İlham Əliyevin dediyi xoş sözlər bizim üçün böyük məsuliyyətdir"
"Öz ölkəmin Prezidenti və Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevlə görüşdüyüm üçün çox şadam. Azərbaycan Prezidenti tərəfindən Xorvatiyanın dövlət başçısının şərəfinə verilən ziyafətdə iştirak etdiyim üçün böyük fəxr hissi keçirirəm".

ucarliyiq.bizun məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki yığma və özü barədə Prezident İlham Əliyevin səsləndirdiyi xoş sözlərlə bağlı affa.az-a açıqlamasında deyib.

R.Prosineçki bildirib ki, dövlət başçısının millinin nəticələrindən razı olması, Xorvatiyanın Azərbaycanda ən yaxşı səfiri adlandırılması onu sevindirir və qürurlandırır: "Bu, mənim üçün böyük şərəfdir və buna görə təşəkkür edirəm. Haqqımızda deyilən xoş sözlər, eyni zamanda, bizim üçün böyük məsuliyyətdir. Qarşıdakı oyunlarda bu etimadı doğrultmağa çalışacağıq”.