» » » Bakı "İnter"in sabiq baş məşqçisi Qazaxıstanda mükafatçı olub

Bakı "İnter"in sabiq baş məşqçisi Qazaxıstanda mükafatçı olub

Bakı "İnter"in sabiq baş məşqçisi Qazaxıstanda mükafatçı olub
Futbol üzrə Qazaxıstan çempionatının qalibi və gümüş mükafatçısı müəyyənləşib.

ucarliyiq.bizun məlumatına görə, "Astana" klubu ardıcıl 3-cü dəfə ölkə çempionu olub. XXVI turda paytaxt təmsilçisi "Okjeptes"lə 0:0 hesablı səfər heç-heçəsindən sonra qızıl medalları təmin edib.

Vitse-çempion adına isə liderdən 4 xal geri qalan "Kayrat" sahib çıxıb. Bürünc mükafatçı isə sonuncu turda məlum olacaq.

Qeyd edək ki, "Kayrat"ın baş məşqçisi vaxtilə Azərbaycanda "Standard" və "İnter" komandalarına rəhbərlik etmiş Kaxaber Tsxadadzedir.