» » » Məşhur basketbolçu Türkiyə Basketbol Federasiyasının prezidenti seçilib

Məşhur basketbolçu Türkiyə Basketbol Federasiyasının prezidenti seçilib

Məşhur basketbolçu Türkiyə Basketbol Federasiyasının prezidenti seçilib
Hidayət Türkoğlu Türkiyə Basketbol Federasiyasının yeni prezidenti seçilib.

ucarliyiq.biz "Haber7"yə istinadən xəbər verir ki, oktyabrın 26-da Ankarada federasiyanın növbəti qurultayı keçirilib.

Məlumata görə, o, qurumun prezidentliyinə yeganə namizəd olub və qurultayın 143 iştirakçısından 113-ü onun lehinə səs verib.

Qeyd edək ki, Hidayət Türkoğlu 1979-cu il martın 19-da İstanbulun Bayrampaşa rayonunda doğulub. O, 269 dəfə Türkiyə millisində çıxış edib. 2,08 metr hündürlüyündə olan keçmiş hücumçu 20 ilə yaxın ABŞ-ın NBA liqasında müxtəlif klublarda çıxış edib.