» » » Hakimlər briqadasına hədə-qorxu gələn baş məşqçi cəzalandırılıb

Hakimlər briqadasına hədə-qorxu gələn baş məşqçi cəzalandırılıb

Hakimlər briqadasına hədə-qorxu gələn baş məşqçi cəzalandırılıb
Azərbaycanda baş məşqçi hakimlər briqadasının otağına daxil olaraq onları təhqir edib və oyunun rəsmi şəxslərinə hədə-qorxu gəlib.

ucarliyiq.bizun məlumatına görə, xoşagəlməz hal U-14 liqasında Gəncənin "Təhsil TİM" və "Kəpəz" komandaları arasında görüşdə baş verib.

"Təhsil TİM"in baş məşqçisi Turan Əliyev bu hərəkətinə görə AFFA İntizam Komitəsi tərəfindən 8 oyunluq cəzalanıb. Komandanın futbolçusu Əbdüləli Qasımov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqdan sonra yenidən aqresivliyini davam etdirərək hakimlər briqasına qarşı nalayıq ifadələr işlədib. Bu səbəbdən futbolçu 5 oyun cəzaya məruz qalıb.

"Təhsil TİM" klubunun futbolçuları və baş məşqçisi tərəfindən oyunda məcburi fasilələr yarandığına və stadionda qayda-qanun yaradılmaması ucbatından görüş başa çatdırılmadığına görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni liqanın UGİM Olimpik (Qusar) - UGİM (Siyəzən) matçında qonaq komandanın məşqçisi Səfərov Mehman hakimlər briqadasına və AFFA nümayəndəsinə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə 6 ay yarışlardan kənarlaşdırılıb.

Aşağı yaş qruplarının çempionatlarında bu həftə də texniki məğlubiyyətlər qeydə alınıb. U-16 Liqasının "Zirə" - "Ağsu", U-14 Liqasının "Yalama" (Xaçmaz) - MOK (Xaçmaz) matçında qonaq komandaların, və çempionatının növbəti turunun MOK (Xaçmaz) - "Xudat" (Xaçmaz) matçında meydan sahibi komandanın iştirak etməməsinə görə klublara 0:3 hesablı texniki məğlubiyyət verilib.