» » » İspaniya Kuboku: "Real" III divizion klubunu darmadağın edib

İspaniya Kuboku: "Real" III divizion klubunu darmadağın edib

İspaniya Kuboku: "Real" III divizion klubunu darmadağın edib

Madridin "Real" klubu futbol üzrə İspaniya Kubokunun 1/16 final mərhələsi çərçivəsində III divizionda çıxış edən "Kultural Leonesa" kollektivini səfərdə 7:1 hesabı ilə məğlub edib.


ucarliyiq.biz xəbər verir ki, komandanın heyətində Marko Asensio (32 və 53-cü dəqiqələrdə) və Alvaro Morata (46, 56) dubl edib, Naço (68) və Mariano Dias (90) isə hərəyə bir dəfə fərqləniblər. Yeddinci qolu rəqib futbolçu Canni Zeyverlon (6) öz qapısına vurub. Meydan sahiblərinin heyətində Benha (84) adını tabloya yazdırıb.


1/8 finalda Madrid klubunun rəqibi püşkatmadan sonra məlum olacaq.