» » » "Vest Hem" - "Çelsi" matçında azarkeşlər arasında kütləvi dava düşüb

"Vest Hem" - "Çelsi" matçında azarkeşlər arasında kütləvi dava düşüb

"Vest Hem" - "Çelsi" matçında azarkeşlər arasında kütləvi dava düşüb
İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən "Vest Hem" - "Çelsi" matçı (2:1) azarkeşlər arasında toqquşma ilə yadda qalıb.

ucarliyiq.biz xəbər verir ki, oyunun son dəqiqələrində fanatlar plastik oturacaqları çıxardaraq bir-birilərinə atmağa başlayıblar.

Ardınca dava daha da kütləvi hal alıb və artıq butulka, dəmir pul və digər əşyalar havada uçuşub. Stüardlar vəziyyəti nəzarət altında saxlaya bilmədikləri üçün ayrı-ayrılıqda bir neçə toqquşma baş verib.