» » » Azərbaycanın qadın güləşçiləri Ukraynada 4 medal qazanıb

Azərbaycanın qadın güləşçiləri Ukraynada 4 medal qazanıb

Azərbaycanın qadın güləşçiləri Ukraynada 4 medal qazanıb
Ukraynanın Xmelnitski şəhərində əməkdar məşqçi Vladimir Stadnikin xatirəsinə həsr olunmuş qadın güləşi üzrə 2-ci açıq Respublika turniri keçirilib. ucarliyiq.bizun Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan güləşçiləri turnirdə 1 qızıl və 3 bürünc medal qazanıb.

Qızıl medal 60 kq-da mübarizə aparan Tatyana Omelçenkonun aktivinə yazılıb. Həlledici görüşdə təmsilçimiz yerli idmançı Olqa Şebetyukdan üstün olub. Bürünc medalları isə Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (55 kq) və İrina Netreba (60 kq) əldə edib.

Turnirdə Ukrayna, Azərbaycan, Belarus, Litva və Moldova güləşçiləri iştirak edib.

Qeyd edək ki, Ukraynanın əməkdar məşqçisi Vladimir Stadnik qadın güləşi üzrə Azərbaycan yığmasının kapitanı, Olimpiya Oyunlarının ikiqat gümüş və bürünc medalçısı, dünya və 5 qat Avropa çempionu, ilk Avropa Oyunlarının qalibi Mariya Stadnikin həyat yoldaşı Pekin olimpiadasının gümüş medalçısı Andrey Stadnikin atası və şəxsi məşqçisi olub.