» » » Türkiyə Voleybol Federasiyasının prezidenti və Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti Göygölə səfər edib

Türkiyə Voleybol Federasiyasının prezidenti və Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti Göygölə səfər edib

Türkiyə Voleybol Federasiyasının prezidenti və Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti Göygölə səfər edib
Bakı. 27 oktyabr. RPEORT.AZ/ Bu gün Avropa çempionatına hazırlıqla bağlı Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti və Türkiyə Voleybol Federasiyasının prezidenti Özkan Mutlugil Göygöldə səfərdə olublar.

Azərbaycan Voleybol Federasiyasından ucarliyiq.biza verilən məlumata görə, görüşdə yerli federasiyanın rəsmiləri, Göygöl Rayon İcra Hakimiyyətinin və İdman İdarəsinin rəhbərləri iştirak ediblər.

Artıq Göygöl Olimpiya Kompleksində hazırlıq işlərinə start verilib.

Bu ilin noyabr ayında Bakıda 2017-ci il Avropa çempionatının keçirilməsi ilə bağlı müqavilənin imzalanma və turnirin püşkatma mərasimi keçiriləcək.

Qeyd edək ki, voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatı Azərbaycanda və Gürcüstanda baş tutacaq. İki qrupun oyunları Bakıda, bir qrup Gürcüstanda və bir qrupun oyunları isə Göygöl Olimpiya Kompleksində keçiriləcək.