» » » Fransada MMA döyüşlərinə qadağa qoyulub

Fransada MMA döyüşlərinə qadağa qoyulub

Fransada MMA döyüşlərinə qadağa qoyulub
Fransa İdman Nazirliyi ölkədə MMA döyüşlərinin keçirilməsinə qadağa qoyub.

ucarliyiq.bizun "Sky Sport"a istinadən verdiyi məlumata görə, bu barədə nazirliyin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.

Məlumatda döyüşlərin rinqdə və ya xalça üzərində keçiriləcəyi qeyd olunub. Yeni qərara əsasən, qaydalarda bir sıra dəyişikliklər edilib. Rəqibin başına, ənsəsinə, boğazına, onurğa sütununa, paxına zərbə vurmaq, diz və dirsəklə zərbə endirmək, barmaqla ağız və burun nahiyəsindən xəsarət yetirmək qadağan olunub. Nazirlik bu cür hallar baş verəcəyi təqdirdə həmin idmançının diskvalifikasiya olunacağını qeyd edib.

Fransa MMA İttifaqının prezidenti Bertran Amossu nazirliyin bu cür qərar verməsini hörmətsizlik adlandırıb və bu səbəbdən məhkəməyə müraciət edəcəklərini deyib.