» » » 28 oktyabr "Dünya Cüdo Günü" kimi qeyd olunur

28 oktyabr "Dünya Cüdo Günü" kimi qeyd olunur

28 oktyabr "Dünya Cüdo Günü" kimi qeyd olunur
Beynəlxalq Cüdo Federasiyası (İJF) hər ilin 28 oktyabr tarixini "Dünya Cüdo Günü" kimi qeyd edir. ucarliyiq.bizun məlumatına görə, bu günün qeyd olunmasına səbəb cüdonun banisi Ciqoro Kanonun (Jigoro Kano) oktyabrın 28-də dünyaya göz açmasıdır.

Bu gün dünyada 20 milyondan çox insan cüdo ilə məşğul olur. 5 kontinental ittifaqı özündə birləşdirən İJF-yə 195 milli federasiya daxildir.

Azərbaycanda da bu idman növünə maraq çox böyükdür. 1992-ci ildə Nazim Hüseynov, 2008-ci ildə isə Elnur Məmmədli olimpiya çempionu olublar. 2013-cü ildə Elxan Məmmədov Azərbaycanın ilk dünya çempionu kimi tarixə düşüb. Azərbaycan cüdoçuları beynəlxalq yarışlar, Avropa çempionatları, Avropa Oyunlarında da mükafatçılar sırasına düşüblər. Hazırda da xüsusən kişilərdən ibarət cüdo millisinin üzvləri mötəbər yarışlarda Azərbaycanı layiqincə təmsil edirlər.

2016-cı ildə cüdoçular Olimpiya Oyunları, Avropa çempionatı, "Böyük Dəbilqə", "World Masters" və "Qran-Pri" kimi nüfuzlu yarışlarda medallar qazanıblar.