» » » Azərbaycan Belarusa II Avropa Oyunları ilə əlaqədar göstərəcəyi köməyi açıqlayıb

Azərbaycan Belarusa II Avropa Oyunları ilə əlaqədar göstərəcəyi köməyi açıqlayıb

Azərbaycan Belarusa II Avropa Oyunları ilə əlaqədar göstərəcəyi köməyi açıqlayıb
"Azərbaycan 2019-cu ildə II Avropa Oyunlarını keçirəcək Belarusa heç bir maddi yardım etməyəcək".

ucarliyiq.bizun məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Belarusa təşkilati yardım göstərilə bilər: "Bizim güclü yerli mütəxəssislərimiz var. Belarus prezidenti ilə bu məsələyə dair söhbətimiz olub. Öz dəstəyimiz, məsləhətlərimizi əsirgəməyəcəyik. Lazım gələrsə, öz mütəxəssislərimizi kömək üçün göndərə biləcəyik. Ancaq maddi yardımdan söhbət gedə bilməz".

Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ildə Azərbaycanda keçirilib. II Avropa Oyunlarına isə Belarus ev sahibliyi edəcək.