» » » 2017-ci il "Tour d Azerbaidjan" veloyürüşünün tarixi müəyyənləşib

2017-ci il "Tour d Azerbaidjan" veloyürüşünün tarixi müəyyənləşib

2017-ci il "Tour d Azerbaidjan" veloyürüşünün tarixi müəyyənləşib
Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı növbəti “Tour d Azerbaidjan” veloyürüşünün vaxtı açıqlanıb. ucarliyiq.bizun qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, nüfuzlu yarış 2017-ci il mayın 3-də start götürəcək.

5 gün davam edəcək turnir UCİ-ın 2017-ci il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilib.

Veloturun məhz bu tarixlərdə keçirilməsi gələn il mayın 12 - 22-də Azərbaycanın qəbul edəcəyi IV İslam Həmrəyliyi Oyunları ərəfəsində dünya idman ictimaiyyətinin diqqətini bir daha ölkəmizə yönəltmək imkanı yaradıb.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları öncəsi təşkil olunan “Tour d Azerbaidjan” veloyürüşünün marşrutu da məhz Oyunların keçirildiyi idman qurğularının təbliği baxımından mühüm əhəmiyyət kəsb edib.

UCİ-in təqvim planında nüfuzuna görə, dünya çempionatı və Dünya Kubokundan sonra gələn, növbəti il oktyabrın 1-də Azərbaycanda keçiriləcək dağ velosipedi üzrə HC (High-Class) kateqoriyalı "Champion-Race Azerbaijan" beynəlxalq yarışı da yer alıb.