» » » Azərbaycan milli komandasının sabiq baş məşqçisi çalğı ilə dəfn olunub

Azərbaycan milli komandasının sabiq baş məşqçisi çalğı ilə dəfn olunub

Azərbaycan milli komandasının sabiq baş məşqçisi çalğı ilə dəfn olunub
Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Karlos Alberto Torres dəfn olunub.

ucarliyiq.bizun məlumatına görə, braziliyalı mütəxəssis Rio-de-Janeyroda torpağa tapşırılıb.

Mərasimdə yüzlərlə insan iştirak edib. Braziliya Futbol Konfederasiyasının inzibati binasında 12 saatlıq vida görüşündən sonra Torresin nəşi Braziliya bayrağına bükülərək yanğınsöndürən maşın ilə 300 azarkeşin gözlədiyi qəbiristanlığa gətirilib. Azarkeşlər Braziliya yığmasının sarı və yaşıl rəngli formaları ilə mərasimə qatılıblar. Mərhumun məzarı başında Braziliyanın himni oxunub.

Mərhumun oğlu Alexandre Torres dəfn mərasiminə atasının 1970-ci ildə keçirilmiş dünya çempionatının finalında İtaliyaya qarşı geyindiyi forma ilə gəlib. Həmin görüşdə Braziliya 4:1 hesablı qələbə qazanıb və qollardan biri Karlos Alberto Torresin aktivinə yazılıb.

Mərasimdə braziliyalı sabiq futbolçu Kafu, mərhumun komanda yoldaşı olmuş Brito və Braziliya yığmasının hazırkı baş məşqçisi Tite də iştirak edib. Mərhumla bağlı fikirlərini bildirən Kafu Torresin onların əbədi kapitanları olduğunu bildirib.

Ürək xəstəliyindən əziyyət çəkən 72 yaşlı Torres oktyabrın 25-də vəfat edib.

Qeyd edək ki, Karlos Alberto 2004-2005-ci illərdə Azərbaycan millisinin baş məşqçisi təyin olunub. Bununla da o, yığmamızda çalışan ilk əcnəbi baş məşqçi olub.