» » » Azərbaycan millisinin qapıçısı Portuqaliyada növbəti oyununa çıxacaq

Azərbaycan millisinin qapıçısı Portuqaliyada növbəti oyununa çıxacaq

Azərbaycan millisinin qapıçısı Portuqaliyada növbəti oyununa çıxacaq
Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Portuqaliya çempionatında növbəti oyununu keçirəcək.

ucarliyiq.bizun məlumatına görə, təcrübəli qolkiperin çıxış etdiyi "Boavişta"nın rəqibi "Eştoril" klubu olacaq.

Qarşılaşma Bakı vaxtı ilə 23:30-da başlayacaq. Bu K.Ağayevin "Boavişta"nın heyətində 4-cü oyunu olacaq. Debüt oyununda "Portu"ya 3:1 hesablı məğlubiyyətlə üzləşn K.Ağayev "Moreyrense" ilə oyunda qapısını toxunulmaz saxlayıb - 2:0. 8-ci turda "Maritimo" ilə görüşdə isə qalib müəyyənləşməyib - 1:1.

Qeyd edək ki, "Boavişta" hazırda 9 xalla 11-ci pillədə qərarlaşıb.