» » » Kamran Ağayev "Boavişta"nın növbəti oyununda qapısını toxunulmaz saxlayıb

Kamran Ağayev "Boavişta"nın növbəti oyununda qapısını toxunulmaz saxlayıb

Kamran Ağayev "Boavişta"nın növbəti oyununda qapısını toxunulmaz saxlayıb
Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev futbol üzrə Portuqaliya çempionatında növbəti oyununu keçirib.

ucarliyiq.biz xəbər verir ki, təcrübəli qolkiperin qapısını qoruduğu "Boavişta" IX turda "Estoril" klubunu qəbul edib.

Kamran komandanın əsas heyətində yer alıb. Millimizin digər üzvü - yarımmüdafiəçi Emin Mahmudovun adı "onsəkkizliy"ə daxil edilməyib. Ağayevin 90 dəqiqə oynadığı ev matçı qolsuz bərabərliklə nəticələnib.

Bu, 30 yaşlı qapıçımızın "Boavişta"nın heyətində 4-cü oyunu olub. Debüt matçında "Portu"ya 3:1 hesablı məğlubiyyətlə üzləşən Ağayev "Moreyrense" ilə oyunda qapısını toxunulmaz saxlayıb - 2:0. 8-ci turda "Maritimo" ilə görüşdə isə qalib müəyyənləşməyib - 1:1.

Qeyd edək ki, "Boavişta" 9 oyundan 10 xalla 9-cu pillədə qərarlaşıb.

29 oktyabr

23:30. "Boavişta" - "Eştoril" - 0:0