» » » "Barselona" öz meydanında keçirdiyi 1500-cü oyununda qələbə qazanıb - VİDEO

"Barselona" öz meydanında keçirdiyi 1500-cü oyununda qələbə qazanıb - VİDEO

"Barselona" öz meydanında keçirdiyi 1500-cü oyununda qələbə qazanıb - VİDEO

"Barselona" futbol üzrə İspaniya çempionatının 10-cu turunun ev oyununda "Qranada"nı 1:0 hesabı ilə məğlub edib.


ucarliyiq.biz xəbər verir ki, bu, klubun "Kamp Nou" stadionunda keçirdiyi 1500-cü oyun olub.


Qarşılaşmada yeganə qolu 48-ci dəqiqədə Rafinya vurub. Yubiley oyununda 82 mindən çox tamaşaçı iştirak edib.


"Barselona" bu qələbədən sonra on oyuna 22 xal yığaraq Premyer Liqanın 2-ci pilləsinə yüksəlib. "Qranada" 3 xal ilə turnir cədvəlinin sonuncu yerindədir.


Kataloniya klubu növbəti matçını noyabrın 6-da səfərdə "Sevilya" ilə keçirəcək.


"Barselona" öz ev oyunlarını 1957-ci ildən "Kamp Nou"da keçirir. Komanda 1500 ev oyununun 1119-da qələbə qazanıb, 143 görüş məğlubiyyətlə bitib.