» » » "MY" yenə qələbə qazana bilməyib, Mourinyo meydandan qovulub - VİDEO

"MY" yenə qələbə qazana bilməyib, Mourinyo meydandan qovulub - VİDEO

"MY" yenə qələbə qazana bilməyib, Mourinyo meydandan qovulub - VİDEO

"Mançester Yunayted" futbol üzrə İngiltərə çempionatının 10-cu turunda "Bernli" ilə 0:0-lıq heç-heçə edib.


ucarliyiq.biz xəbər verir ki, fasilə zamanı "Qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyo meydandan qovulub.


Matçın 68-ci dəqiqəsində "manikunyanlar"ın yarımmüdafiəçisi Ander Errera qırmızı vərəqə alıb.


"Mançester Yunayted" İngiltərə Premyer Liqasında artıq ardarda dörd oyundur ki, qələbə qazana bilmir. Mourinyonun yetirmələri sonuncu dəfə sentyabrın 24-də evdə "Lester"i 4:1 hesabı ilə məğlub edib.


Klub hazırda 15 xal ilə turnir cədvəlinin 8-ci yerində qərarlaşıb, "Bernli" 11 xal ilə 13-cüdür.